1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqaya yüksələnlər üçün "süni" problem
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan I Divizionun hər 3 mükafatçısı ilə bağlı xoşagəlməz məqam ortaya çıxıb.
Sportnet.az-ın məlumatına görə, "Turan Tovuz", "Səbail" və "Ağsu" komandaları ev oyunlarını süni örtüklü stadionlarda keçirirlər. Tovuz şəhər stadionunda təbii ot örtüyü bir neçə il əvvəl süniləşdirilibsə, "Bayıl Arena" və Ağsu şəhər stadionları elə istifadəyə verildiyi vaxtdan süni örtüklüdür.
Reqlamentə əsasən, sonuncu pillədəki AZAL Premyer Liqanı tərk etməli, I Diviziondan isə ilk 3 yerin sahibləri elitaya yüksəlməlidirlər. Bu, baş versə, yüksək liqadakı 10 klubun yarıdan çoxu ev oyunlarını süni örtüklü meydanlarda keçirməli olacaq. Təbii örtükdə cəmi 4 komanda - "Qarabağ", "Qəbələ", "Kəpəz" və "Neftçi" çıxış edəcək. "Turan Tovuz", "Səbail" və "Ağsu"dan əlavə, "İnter", "Zirə" və "Sumqayıt" da rəqiblərini süni örtükdə qəbul edir.
Qeyd edək ki, Gəncə şəhər stadionu təbii örtüklü olsa da, bərbad durumu ilə əlaqədar meydanda yenilənmə aparılacağı gözlənilir.