
Almaniyanın "Bavariya” və
İspaniyanın "Real Madrid” klubları arasında təcrübəli yarımmüdafiəçi Xavi Alonsonun keçidi ilə bağlı razılıq əldə olunub. Sportnet.az-ın Almaniya klubunun tvitter
səhifəsinə istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi yaxın zamanlarda
tibbi müayinədən keçmək üçün Münhenə yollanacaq.
Lakin transferin maliyyə şərtləri ilə bağlı məlumat verilmir. Qeyd edək ki, Xavi Alonso "Real”a İngiltərənin "Liverpul” komandasından 34.5 milyon avroya transfer olunmuşdu. "Kral klubu”nun heyətində müxtəlif turnirlərdə 236 oyun keçirən ispaniyalı futbolçu 6 qol vurub, 32 məhsuldar ötürmə ilə yadda qalıb.