1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Bursaspor" Prosineçkidən əl çəkmir
Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın çıxış etdiyi Türkiyənin "Bursaspor" futbol komandasında növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Super Liqanın XXIX turunda "timsahlar"ın evdə "Qalatasaray"a 0:5 hesabı ilə uduzduğu görüşdən sonra baş verib. Mutlu Topçu mətbuat konfransında istefa verdiyini açıqlayıb. Qalan 5 turda baş məşqçi səlahiyyətləri aşağı yaş qruplarına cavabdeh olan Adnan Örnekə həvalə olunub. "Qalatasaray"la görüşdə Yılmaz "18-liy"ə daxil edilməyib.
Türkiyə mətbuatı "Bursaspor" rəhbərliyinin bu həftə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcəyini yazıb. Xorvatiyalı mütəxəssisin növbəti mövsümdən "timsahlar"ın sükanı arxasına keçəcəyi yenidən iddia olunur.
Qeyd edək ki, Mutlu Topçu "Bursaspor"a yanvarın 30-da baş məşqçi təyin olunmuşdu. Hazırda bu klub 35 xalla 13-cü pillədədir.