"Neftçi”yə qonaqpərvərliklərinə görə öz təşəkkürümü bildirirəm. Öz komandama qələbəyə görə təşəkkürümü çatdırmaq istəyirəm”. Sportnet.az-ın məlumatına görə, bunu Serbiyanın "Partizan” klubunun baş məşqçisi Marko Nikoliç deyib.
Bu gün Avroliqanın pley-off mərhələsinin cavab görüşləri keçirilib. "Neftçi” ikinci oyunda da "Partizan”a uduzub – 1:2.
Oyundan sonra keçirilən mətbuat konfransında Nikoliç matç haqqında fikirlərini bildirib: "Meydançanın durumunu və hava şəraitini nəzərə alaraq oynamaq çətin idi. Oyuna yaxşı başladıq. Topa nəzarəti ələ keçirdik. 1 qol vurduq. İkinci hissədə oyunumuzda canlanma yox idi. Saşa İliçi meydana buraxdıqdan sonra bir qədər oyunumuzu düzəltdik. "Neftçi”ni əzmkar oyuna görə təbrik edirəm”.
Nikoliç meydançanın durumunun onların xeyrinə işləmədiyini söyləyib: "Hər iki komanda bu meydança amilinə görə əziyyət çəkdi. "Neftçi” daha çox hava toplarından yararlanırdı. Meydança yaxşı olsaydı, komandalar daha yaxşı oyun göstərərdilər. İkinci hissədə bizə oynamaq ağır idi. 3 saatlıq fərq bizə təsir edirdi. "Neftçi” Serbiyaya 2 gün əvvəl gəlmişdi deyə tez öyrəşmişdi. Biz isə 1 gün əvvəl bura gəlmişdik”. (Apasport.az)