IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçirilən futbol yarışları ilə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilib. Görüş Mərakeşin minimal hesablı qələbəsi ilə yekunlaşıb. A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlib. Görüşdə qapılara qol vurulmayıb. Bu, günün qolsuz yekunlaşan yeganə oyunu olub.
B qrupunda isə Əlcəzair Türkiyəni 2:1 hesabı ilə məğlub etdiyi halda, Fələstin - Oman qarşılaşmasında 2:2-lik heç-heçə qeyd alınıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
8 may (bazar ertəsi)
Futbol
A qrupu
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş - 0:1
Qol: Şuayib əl Maftul, 76
"Azal Arena"
18:30. Azərbaycan - Kamerun 0:0
Azərbaycan: Şahrudin Maqomedaliyev, Rahil Məmmədov, Sadiq Quliyev, Rəşad Sadiqov, Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov (k), Mirabdulla Abbasov, Məqsəd İsayev, Azər Salahlı, Vüqar Mustafayev.
Ehtiyat oyunçular: Emil Balayev, Azad Kərimov, Adil Nağıyev, Coşqun Diniyev, Elşən Abdullayev, Oxan Əliyev, Tərlan Əhmədli, Elnur Cəfərov, Yusif Nəbiyev, Elvin Camalov, Tellur Mütəllimov, Fəhmin Muradbəyli.
"Bayıl Arena"
B qrupu
12:30. Əlcəzair - Türkiyə - 2:1
Qollar: Fərid əl Melali, 78. Əhməd Qaaqa, 90+5-p. - Eriş Onur, 38
"Bayıl Arena"
16:30. Fələstin - Oman - 2:2
"Azal Arena"