FİFA "Qarabağ"ın futbolusu Riçard Almeydanın Azərbaycan millisində oynaya bilməsi məsələsinə iyunun 5-dək baxacaq. 
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
O deyib ki, ali futbol qurumundan məsələyə mümkün qədər tez baxmaları xahiş olunub: "Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə, belə məsələlərə 4 həftə ərzində baxılır. Bu isə təqribən iyunun 5-nə düşür".
Qeyd edək ki, hazırda Riçard Almeyda Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edir. 









                 





    
    
    
    
    
    
    
    
    






















































