Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki meneceri Yaşar Çalışırla görüşüb.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı xortvatiyalı mütəxəssis türkiyəli meneceri ilə Avstriyada "Linsberg Asia" otelində bir araya gəlib.
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz mayın 20-dən etibarən Avstriyada təlim-məşq toplanışındadır. 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyayay qarşı matçın hazırlıq prosesi iyunun 3-dək davam edəcək.