
Luis Enrike İspaniyanın "Barselona" klubunun baş məşqçisi kimi son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssisin komandası ölkə kubokunun finalında "Alaves"lə qarşılaşıb.
Madriddəki "Visente Kalderon" stadionunda baş tutmuş qarşılaşma "Barsa"nın qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan Lionel Messi, Neymar və Pako Alkasar fərqlənib. "Alaves"in yeganə qolunu isə Teo Bernar Fransua vurub.
"Beləliklə, "Barselona" ardıcıl üçüncü, tarixində isə 29-cu dəfə İspaniya Kubokunu qazanaraq, ölkə rekorduna imza atıb. Luis Enrike isə komandanın sükanı arxasında olduğu 3 il ərzində 9 kuboka yiyələnib. Kataloniya təmsilçisi ilə daha çox titulu Xosep Qvardiola (14) və Yohan Kroyf (11) əldə edib.
Qeyd edək ki, "Barselona"nın yeni baş məşqçisinin "Atletik"dən ayrılan Enrike Valverde olacağı gözlənilir.