
Argentinanın
unudulmaz futbolçusu Qabriel Batistuta böyük bir dram yaşayıb. Sportnet.az-ın
məlumatına görə, ulduz futbolçu futboldan getdikdən sonra yeriyə bilməz hala
düşüb.
Batistuta
bu hadisədən sonra əlil atlet Pistoriusun ona örnək olduğunu və buna görə
həkimindən ayaqlarını kəsməsini istəyib.
O
yaşadığı dram haqda belə danışıb: "Ayaqyolu ilə aramda 3 metr məsafə olmasına
baxmayaraq yatağımı islatmışam. Həkimimdən xahiş etdim ki, ayaqlarımı kəssin. Atlet Pistorius
mənə ilham mənbəyi olub. Lakin həkimim bunu qəbul etmədi. Dizlərimdəki bütün
yük sümüklərimi incidirdi. Daha sonra bir əməliyyat keçirdim. İndi biraz yeriyə
və az da olsa futbol oynaya bilirəm”.
Qeyd edək ki, Batistuta Argentina millisinin heyətində 78 oyuna çıxıb, 56 qol vurub.