Rusiya
millisinin baş
məşqçisi Fabio Kapello uzun müddətdir əmək haqqısını ala bilmir. Sportnet.az-ın
Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Futbol Federasiyası
Kapellonun 2 aylıq maaşını ödəməyib.
Həmçinin
məlum olub ki, onunla bərabər millinin məşqçi və idarə heyəti də 2 aydan çoxdur
əmək haqqlarını ala bilmirlər. Federasiya rəhbərliyi DÇ-2014-dən sonra FİFA-dan
alacağı qonorarla ödənişləri həyata keçirməyi planlasa da bu hələ də baş
verməyib. Halbuki, FİFA-dan gələcək pullar artıq hesaba yatırılmalı idi.
Qeyd edək ki, Rusiya millisi sentyabr ayının 1-dən etibarən hazırlıqlara start verəcək. Kapellonun yetirmələri sentyabrın 3-də yığmamızla, 8-də isə Lixtenşteynlə yoxlama oyununa çıxacaq.