1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"dən ayrılan futbolçu "Voyvodina"da
Gəncənin "Kəpəz" klubunun sabiq futbolçusu Renan da Silva Alveş Serbiyanın "Voyvodina" klubuna keçib. Sportnet.az-ın Novi Sad təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi ilə bu gün 2 illik müqavilə bağlanılacaq.
Baxışdan uğurla keçdikdən sonra braziliyalı oyunçunun heyətə cəlb olunmasına qərar verilib. "Kəpəz" rəhbərliyinin onu komandada saxlamaq istəyi baş tutmayıb. Beləliklə, Gəncə klubunda heç bir legioner qalmayıb.
Qeyd edək ki, Renan da Silva Alveş ötən mövsüm "Kəpəz"in heyətində 28 oyuna çıxıb.