İtaliya A seriyasının qalibi "Yuventus” klubu Çexiya milli komandasının futbolçusu Patrik Şiki transfer edir. Sportnet.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi məluma görə, 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib.
Onunla bu gün 3 illik rəsmi müqavilə bağlanılacağı gözlənilir. Şik müqavilə ilə İtaliyanın "Sampdoriya” klubuna məxsusdur. "Yuventus”un çexiyalı hücumçunun transferi üçün Genuya təmsilçisinə 30,5 milyon avro ödəyəcəyi bildirilir. 21 yaşlı forvard ötən mövsüm "Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Çexiya yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.