"Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına Riçard Almeyda da qoşulub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Braziliya əsilli yarımmüdafiəçi Azərbaycan millisinin Şimali İrlandiya ilə iyunun 10-da keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan sonra vətənində olub.
Bu səbəbdən, "sambaçı" toplanışa bir qədər gec qatılıb.