"Yeni komandaya qoşulduğum üçün çox şadam. "Sumqayıt” ötən il sübut etdi ki, elə-belə yaranmayıb, qurulmayıb”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.
"Kollektivin mehriban olduğunu kənardan da eşidirdim. Rail Məlikov, Vurğun Hüseynov – bunlar Azərbaycan futbolunda ad qoymuş oyunçulardır. Bilirəm ki, onlar olan yerdə gözəl kollektiv olur. Özüm də gəldim, bunun şahidi oldum. Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular daxil olmaqla, gözəl kollektiv var. Bu kollektivə qoşulduğum üçün çox şadam. Biz də özümüzü sübut edərik” - deyə o bildirib.
İmamerdiyev yeni klubunda kollektivin ona dəstək olduğunu söyləyib: "Hamısı azərbaycanlı futbolçulardır. Komandada legioner yoxdur. Çoxunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkəm. Kollektiv sağ olsun, mənə dəstək olurlar. Hansısa çətinliyimin olacağını düşünmürəm”.
25 yaşlı yarımmüdafiəçi qarşılarına yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfi qoyduqlarını dilə gətirib: "Başımızı aşağı salıb işimizi görəcəyik, futbolumuzu oynayacağıq. Komandaya yeni futbolçular qoşulub. Yəqin ki, onlar heyətə elə-belə cəlb olunmayıblar. Çalışacağıq ki, gözəl yerlərə gəlib çıxaq”.
Qeyd edək ki, Cavid İmamverdiyev "Sumqayıt"a ötən ay "Neftçi"dən keçib.
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 11, Felipe Santos ("Araz-Naxçıvan"), Cesse Sekidika ("Sabah") - hər ikisi 9, Davit Volkov ("Zirə"), Salifu Suma ("Zirə"), Coy-Lens Mikels ("Sabah") - hamısı 8, Pavol Şafranko ("Sabah"), Nəriman Axundzadə ("Qarabağ") - hər ikisi 7 qol.