Rusiya
Futbol İttifaqı (RFİ) milli komandanın DÇ-2014-də iştirakı qarşılığında FİFA
tərəfindən göndərilən pulu alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının İdman Naziri Vitali Mutko məlumat verib.
Məlum
olduğu kimi millinin baş məşqçisi Fabio Kapelloya dünya çempionatındakı
iştirakına görə almalı olduğu pul ödənilməmişdir. Bu barədə Vitali Mutka belə deyib: "Mətbuatda yazılanlar heç
də ürək açan deyil. Bu pulu tək Kapello almayacaq. Əslində burda 22 nəfər var.
Bunlar masajistlər, işçilər, məşqçi heyətidir. Onlar da öz pullarını
almalıdırlar”.
Mutko baş verənlərə belə aydınlıq gətirib: "Onlar bu pulu qazanıblar. Pullar milliyə, Kapelloya verilir. İndi onlar 8 milyon dolların sahibidirlər. Bunu komanda qazanıb”.