"Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldır".
Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Serbiyada "Mladost"u 3:0 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. Gürcüstanlı mütəxəssis bildirib ki, nəticə də qənaətbəxşdir. Amma o, cavab görüşünün hələ irəlidə olduğunu xatırladıb: "Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadır. Biz arxayınlaşa bilmərik. "Mladost"un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik mərhələ keçdiyimizi demək olmaz".
Qeyd edək ki, iyunun 6-da Bakıdakı "Dalğa Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.