1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zurab Xizanişvili: "3 şeyə təəssüflənirəm"
"Dünyada elə bir oyunçu yoxdur ki, karyerasını asanlıqla başa vurmağa qərar versin. Həyat hər zaman dəyişir. Bəzi anlarda qərar vermək asan, müəyyən hallarda nisbətən çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin karyerasını başa vuran sabiq müdafiəçisi, hazırda Gürcüstanın gənclərdən ibarət yığmasının məşqçisi vəzifəsində çalışan Zurab Xizanişvili "Lelo" qəzetinə müsahibəsində deyib. O, son iki il ərzində karyerasını başa vuracağı ana hazırlaşdığını bildirib: "Bu, o demək deyil ki, mən "İnter"də günlərimi sayırdım. Klub mənimlə müqaviləmi uzatmaq istəyirdi. İstək böyük idi. Xüsusən, "İnter" Avropa Liqasına vəsiqə qazandıqdan sonra məni saxlamaq niyyətində idi. Amma mən dərindən düşünərək, belə qərar verdim".
36 yaşında karyerasını bitirən gürcüstanlı müdafiəçinin sözlərinə görə, günlərin bir günü sevimli peşənizdən ayrılmaq fikrinə düşmək çətindir. Amma o, yenə də futbolsuz qalmadığını vurğulayıb: "Dəyişən odur ki, əvvəllər məşqçini dinləyirdimsə, indi mənə qulaq asırlar. Hiss edirəm ki, bu, məsuliyyətdir".
İndiyədək əldə etdiklərindən razılıq ifadə edən Xizanişvili 3 şeyə təəssüfləndiyini bildirib: "Birincisi, biz heç bir böyük turnirin qalibi ola bilmədik. İkincisi, İngiltərə "Arsenal"ına transferim son anda baş tutmadı. Üçüncüsü, futbolçu karyeramı bitirməyimdən pərişanam. Amma hərənin bir vaxtı var. Mən də istisna deyildim".
Qeyd edək ki, Zurab Xizanişvili son 2 mövsümü "İnter"də keçirib. Əvvəllər isə o, Gürcüstan, Şotlandiya, İngiltərə və Türkiyə çempionatlarında çıxış edib. Xizanişvili Gürcüstan millisində 93 oyuna 1 qol vurub.