Serbiyanın "Mladost" komandası Bakıda "İnter"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, heyətdə sifariş ərizəsindəki bütün 23 futbolçu yer alıb.
Onlar Belqrad - İstanbul - Bakı reysi ilə səhər saatlarında Azərbaycan paytaxtına çatdıqdan sonra şəhərətrafı otellərdən birində yerləşiblər.
"Mladost"un Bakıya gətirdiyi heyət:
Qapıçılar: 1. Nemanya Krznariç, 22. Zlatko Zeçeviç, 23. Draqan Rosiç
Müdafiəçilər: 4. İvan Miloşeviç, 5. Sinişa Saniçanin (Bosniya və Herseqovina), 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44.Boqdan Miloşeviç, 93. Miloş Şatara (Bosniya və Herseqovina)
Yarımmüdafiəçilər: 8. Stefan Goluboviç, 10. Xusniddin Qafurov (Özbəkistan), 11. Uroş Sinciç, 15. Aleksandar Peyoviç, 17. İvan Pesiç, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 77. Predraq Pavloviç, 99. Velko Kiyevçanin
Hücumçular: 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 18. Obiora Odita (Nigeriya), 32. İvan Markoviç
Baş məşqçi: Nenad Milovanoviç
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.











































































