"İnter” klubu Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost” komandası ilə oyunu izləmək istəyən azarkeşlər üçün avtobus ayıracaq.
Sportnet.az-ın məlumatına görə, cavab qarşılaşmasını istəyən fanatlar iyulun 6-da saat 19.00-da Koroğlu metrostansiyasının yaxınlığında ( körpünün altında) dayanacaq avtobuslardan istifadə edə bilərlər.
Qeyd edək ki, "Dalğa Arena”da keçirilcək matç saat 21:00-da başlayacaq.











































































