"Ukraynada hər zaman yaxşı cavan oyunçular olub. "Dinamo”da isə onlar indi də var”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo”su ilə yoxlama matçından sonra Ukrayna təmsilçisinin telekanalına açıqlamasında deyib.
Rəqibə 1:2 hesablı məğlubiyyəti şərh edən ukraynalı mütəxəssis bildirib ki, "Dinamo”nun oyunçuları barədə ancaq xoş söz söyləyə bilər: "Bu komandadan kiminsə "Qəbələ”yə gələcəyini düşünmürəm. Amma bu cür güclənməyə sevinərdim. "Dinamo”da çıxış edən istənilən oyunçu "Qəbələ”yə kömək edə bilər.
"Qəbələ” əvvəlki 6 yoxlama matçında "Fulpmes” (Avstriya – 8:0) və "Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, "Axmat” (Rusiya – 0:1), "Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və "Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.