"İnter"in qapıçısı Səlahət Ağayev "Mladost"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Görüş haqda nə deyəcəksən?
- İlk oyunumuz ağır keçmişdi. Səfərdə 3:0 qalib gəlsək də, Bakıdakı oyuna da arxayın çıxmamışdıq. Şadam ki, mərhələ adlaya bildik.
- Avqustun 1-də "Neftçi”yə qayıtmalı olduğunu bu klub bildirib. Nə edəcəksən?
- Rəhbərlik səviyyəsində olan məsələdir. Yəni rəhbərlik qərar verəcək.
- "Neftçi"dən imtina edib "İnter”də qalmaq ehtimalın var?
- Xeyr, elə şey ola bilməz. Hər şeyin zamanı var. Mənim məsələm rəhbərlik səviyyəsində olan bir şeydir.
- Səndən olsa hansı qərarı verərdin?
- Mən qapıçıyam da, burda da top tuturam, orada da gedib top tutacam(gülür). Zarafat edirəm. Qərar vermişəm ki, "Neftçi” ilə müqavilə imzalamışam.
- Əgər "İnter” avrokuboklarda irəliləsə, o zaman necə olacaq?
- Yenə deyirəm, rəhbərlik səviyyəsində olan məsələdir.
- Növbəti turdakı rəqibiniz Lüksemburqun "Fola” komandası haqda hansı məlumatınız var?
- "Fola"nı tanımıram, bir şey deyə bilmərəm. Zəif olsaydılar mərhələ keçməzdilər. Hər halda güclü klubdur ki, mərhələ keçiblər. "Fola”nın oyununa heç baxmamışam.










































































