"Differanj"la cavab qarşılaşmasının çətin olacağı aydın idi. Matça çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən istədiyimiz oyunu göstərə bilməsək də, sonda istədiyimiz nəticəni əldə edə bildik".
Bu sözləri Sportnet.az-a açıqlamasında "Zirə"nin müdafiəçisi Təmkin Xəlilzadə Avropa Liqasının birinci təsnifat mərhələsinin "Differanj"la cavab qarşılaşması haqda danışarkən deyib. Avrokuboklarda debüt edən "Zirə"nin əsas heyət üzvü Lüksemburqdakı görüşün Bakıdakından qat-qat çətin alındığını söyləyib.
Onun fikrincə, Ayxan Abbasov fasilədə komandadakı gərginliyi aradan qalıdırb: "Elə ilk dəqiqələrdən "Differanj" qapımız qarşısında çox sayda qol epizodları yaratdı. Bizim üçün ağır idi həmin dəqiqələr. Amma fasilə baş məşqçimiz gərginliyi aradan qaldıraraq bizi yenidən oyuna köklədi. Elə ikinci yarıda öz istədiyimiz oyunu oynayaraq layiqli qələbə qazandıq".
Xəlilzadənin ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Astra" ilə görüşdəki şanslarından da danışıb: "Astra" matçı "Differanj"la oyundan da ağır olacaq. Bunu hamımız yaxşı dərk edirik. Ancaq Rumıniyadan sərfəli nəticə ilə dönmək istəyirik. Lüksemburqdan birbaşa Rumıniyaya yollanmağımız yaxşı oldu. Belədə yol yorğunluğu çəkməyəcəyik. Yoxsa, Bakıya gəlib yenidən Rumıniyaya uçmaq bizim üçün yorğunluq yaradardı. Çalışacağıq ki, səfərdə çətin də olsa, yaxşı nəticə qazanaq".