"Qarabağ"ın Çempionlar Liqasında "Samtrediya"nı keçəcəyini düşünürəm. Amma "Qarabağ" hər zaman istənilən rəqibə ciddi və hörmətlə yanaşır. Fikrimcə, onlar "Samtredi"yanı hər iki matçda məğlub edə bilər".
Bunu Sportnet.az-a açıqlamasında Ulrix Kapolonqa deyib. Konqolu forvardın fikrincə, sabiq komandası Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcək. Onun fikrincə, Ağdam təmsilçisi illərdir ki, bunun üçün mübarizə aparır və ÇL-in qrupuna düşməyə layiqdir: "Mən orada oynadığım dövrdə də "Qarabağ" avrokuboklarda uğurlu çıxış edirdi. Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasının qrupuna qalacağını düşünürəm. Məncə, "Qarabağ" buna layiqdir".
Qeyd edək ki, 27 yaşlı hücumçu 2013-cü ildə "Şabab Al-Ordan" klubundan ayrılaraq "Qarabağ"a keçmişdi.