Lüksemburq "Differdanj”ı ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra Belçikadakı hazırlıq prosesini də tamamlayan "Zirə” komandası artıq Rumıniyadadır.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Buxarest yaxınlığında Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir. Bu gün də burada məşq edəcək "qartallar” iyulun 12-də Curcu şəhərinə yola düşəcəklər. "Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə "Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyulun 13-də keçiriləcək.














































































