1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Astra"nın baş məşqçisi "Zirə"ni təriflədi
"Bu oyunda biz nəinki klubumuzu, bütövlükdə Rumıniya futbolunu təmsil edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Rumıniyanın "Astra" komandasının baş məşqçisi Edvard İordanesku "Zirə" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis ev və səfər oyunları arasındakı bir həftəlik müddətə və və üzləşdikləri vəziyyətə baxmayaraq, uğur əldə edəcəklərinə ümidli olduğunu açıqlayıb: "Favorit olduğumuzu demək istərdim. Amma ehtiyatlı olmalıyıq. Biz yeni mövsümə başlayırıq. Komandanın bərpası, maliyyə məsələlərinin həlli prosesi ilə əlaqədar mənə daha çox vaxt lazımdır. Hər iki oyuna hazır olacağımıza söz verirəm. Amma istəyimiz baş tutmaya bilər. Hər halda oyuna köklənəcək, yaxşı oyun sərgiləməyə çalışacaq, bütün gücümüzü ortaya qoyacağıq ki, növbəti mərhələ şanslarımızı qoruyaq".
E.İordanesku "Zirə"ni yaxşı öyrəndiklərini də bildirib: "Onlar artıq ilk mərhələdə hər iki oyundan qalib ayrılıblar. Rəqibin balanslı oyun sərgiləyən keyfiyyətli futbolçuları var. Meydandakı çıxışları bizimki ilə müqayisədə daha aydındır. İlk mərhələdə iki qələbə qazanması "Zirə"yə yeni inam və həvəs gətirib. Bu səbəbdən, meydana əmin və optimist ruhda ayaq basacaqlar. Xüsusən hücum və əks-hücumlarda çox yaxşı təsir bağışlayan komanda ilə görüşdə sərt oyun gözləyirik. Ümidvaram ki, biz də yaxşı oyun sərgiləyərək, mərhələ adlayacağıq".
Qeyd edək ki, Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cavab görüşü iyulun 20-də Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.