Polşada "Yagelloniya" və "Qəbələ" arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl baş məşqçilərin iştirakı ilə mətbuat konfransı olacaq.
Sportnet.az-ın məlumatına görə, Belostok şəhər stadionunda əvvəlcə "qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı təşkil ediləcək. Oyundan bir gün əvvəl - iyulun 19-da yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30-da) ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) isə "Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.
Qeyd edək ki, "Yagelloniya” və "Qəbələ” arasında cavab oyunu iyulun 20-də Belostok şəhər stadionunda keçiriləcək.











































































