1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Roman Qriqorçuk: "Hücum etməli, qol vurmalıyıq"
"Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədir. Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Polşada "Yagelloniya" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis şanslar haqda danışarkən, bildirib ki, bir imkan varsa, bunun üçün mübarizə aparacaqlar: "Şansımızın birdən çox olduğunu düşünürəm. Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Oyundan əvvəl bir-iki gün öncə haqda danışmaq başqa cür başa düşülər. Hər şey qaydasındadır. Bəli, biz yol qət etmişik. Amma oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. Bunun nə qədər yaxşı olmasını isə oyun göstərəcək. Bunu özüm də bilmədiyimdən daha artıq nə isə deməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq".
Qriqorçuk qol vurmaq üçün mübarizə aparmalı olduqlarını vurğulayıb: "Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq. İlk oyunun nəticəsi elədir ki, bizi qol vurmağa məcbur edir. Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.
Qeyd edək ki, "Yagelloniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.