Belarusda "Dinamo" (Brest) və Avstriyanın "Altax" komandaları arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 55 metr məsafədən qol vurulub.
Sportnet.az-ın məlumatına görə, qeyri-adi qol 8-ci dəqiqədə qeydə alınıb.
"Altax"ın futbolçusu Mumi Nqamaleu meydanın özlərinə aid hissəsində bir qədər irəlilədikdən sonra mərkəz dairəsinə çatmamış "Dinamo"nun qapısına tərəf zərbə vurub. Meydan sahiblərinin qolkiperi irəli çıxdığından, topun qarşısını ala bilməyib.
Qeyd edək ki, hazırda "Dinamo" 0:3 hesabı ilə geridədir. İlk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.











































































