
"Qəbələ" klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Avroliqanın II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını üstələyib.
Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç vurub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "Qəbələ" ümumi nəticədə mərhələ adlayıb.
Qeyd edək ki, III təsnifat mərhələsində rəqib Yunanıstan "Panatinaikos"u olacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. İki komanda 2015-2016 mövsümündə Avroliqanın "pley-off"unda üz-üzə gəlmiş və "Qəbələ" səfərdə vurduğu qollar sayəsində mərhələ adlamışdı - 0:0, 2:2.