"Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos”la səfərdə keçirəcəyi ilk oyunun hakim təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, iyulun 27-də Afinada baş tutacaq görüşü ispaniyalı ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Xuan Martinez Munueradır. Onai Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font yardım edəcək.
Qarşılşamanın 4-cü hakimi isə Mario Melero Lopez təyin olunub.
Görüşün UEFA nümayəndəsi şimali irlandiyalı Lesi İrvin, hakim inspektoru isə latviyalı Yanis Mejekisdir.











































































