Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti matçını idarə edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı baş hakim III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Styaua” və Çexiyanın "Viktoriya” komandaları arasında keçirilən görüşün baş hakimi olub.
Gərgin və maraqlı oyun şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaq komanda hesabda iki dəfə irəli çıxsa da, meydan sahibləri bərabərlik qollarını vurmağı bacarıb. Ə.Ağayev oyun ərzində 8 dəfə əlini cibinə atmalı olub. O, 3 dəfə rumıniyalıları, 5 dəfə isə çexiyalıları sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.