
Hazırda Avstriyada "Neftçi" ilə Almaniya "Herta"sı arasında keçirilən yoxlama matçında maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, 60-cı dəqiqədə "Herta"nın baş məşqçisi Pal Dardai bütün heyəti dəyişib.
O, meydandakı 11 futbolçunun əvəzinə ehtiyatdakı eyni sayda oyunçunu buraxıb. Həmin vaxt Berlin təmsilçisi 3:0 hesabı ilə öndə olub. Macarıstanlı mütəxəssisin bu addımı böyük hesabla öndə olmaları səbəbindən atdığı güman olunur.
Qeyd edək ki, yeni heyət meydana daxil olduqdan 5 dəqiqə sonra "Herta" 4-cü qolu vurub.