O, Hollandiyanın səviyyəcə ikinci liqasında çıxış edən "Venlo" klubu ilə azad agent kimi anlaşıb. Platye "Neftçi" ilə daha bir il qüvvədə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozandan sonra bu addımı atıb.
"Venlo"nun futbol məsələləri üzrə məsləhətçisi Sten Falks yeni transferi kifayət qədər sürətli hücumçu kimi dəyərləndirib: "Melvin əvvəllər Hollandiya çempionatında nəyə qadir olduğunu göstərib. O, hədəfi hiss etməyi bacarır. Azad agent statuslu oyunçu idi. Bu səbəbdən, Platyeni heyətimizə cəlb etməkdə problem yaşamadıq".
Qeyd edək ki, Melvin Platye "Neftçi"də ötən mövsümün ilk yarısında 14 oyuna 1 qol vurub. Mövsümün ikinci hissəsini isə o, İsveç "Kalmar"ında icarə əsasında keçirib.