Futbol üzrə 2017/2018 mövsümünün startı ərəfəsində AFFA Klublar Komitəsinin iclası işə başlayıb. Sportnet.az-ın məlumatına görə, federasiyanın inzibati binasında təşkil olunan təbdir saat 10:00-da start götürüb.
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin sədrlik etdiyi toplantıya "İnter" istisna olmaqla, Azərbaycan Premyer Liqasının digər 7 klubunun nümayəndələri - Fariz Nəcəfov ("Qəbələ"), Ramin Həsənov (Səbail), Orxan Hüseynzadə ("Neftçi"), Samir Əliyev ("Kəpəz"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.
Qeyd edək ki, yeni mövsümə bu gün Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” matçı ilə start veriləcək.