Azərbaycan Premyer Liqasının I turunun "Zirə” – "Səbail” oyununda gərginlik yaşanıb.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Vüqar Mustafayevlə qonaqların hücumçusu Nurlan Novruzov arasında insident verib.
Top uğrunda mübarizədən sonra aqressivləşən və bir-birinin üzərinə yeriyən oyunçuları baş məşqçilər Samir Əliyevlə Ayxan Abbasov və digər oyunçular sakitləşdirib. Sonradan matçın baş hakimi Rəhim Həsənov tərəfləri barışdırıb.
Qeyd edək ki, Nurlan Novruzov bundan öncəki iki mövsümü "Zirə”də keçirib.