
Sportnet.az-ın məlumatına görə, həftənin açılış oyununda debütant "Səbail” i elitanın ən qocaman komandası "Neftçi”ni qəbul edib.
"Dalğa Arena”da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu Elman Taqayev vurub.
Həftənin ikinci matçında son çempion "Qarabağ" bürünc mükafatçı "İnter"i qəbul edib.
Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bu qarşılaşmada Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı forma geyinən futbolçulardan yalnız Dino Ndlovu və Əfran İsmayılova "11-lik"də yer verib.
Qarşılaşmanın taleyini də elə həmin futbolçulardan birinin - İsmayılovun 89-cu dəqiqədə vurduğu yeganə qol həll edib.
Qeyd edək ki, II tura avqustun 20-də keçiriləcək "Kəpəz" - "Zirə" və "Qəbələ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.