"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"la Azərbaycan Premyer Liqasının II tur matçında iki məcburi əvəzləməyə əl atıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis 13-cü dəqiqədə İlqar Qurbanovu meydandan çıxarıb.
Buna təcrübəli oyunçunun ayaq barmağının sınması səbəb olub. Onun əvəzinə meydana girən Tellur Mütəllimov 40-cı dəqiqədə hesabı açıb.
75-ci dəqiqədə isə Ruslan Qurbanov əzələsini dartdığı üçün oyuna davam edə bilməyib. O isə yerini Asif Məmmədova verib.
Qeyd edək ki, hazırda "Qəbələ" öndədir - 1:0.