
"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının III turunda "İnter"ə 0:1 hesabı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. Sportnet.az xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb:
-"Səbail"in adında "Qarabağ" təbrik edirəm, onlara uğurlar arzu edirəm. Oyuna gəlincə, məğlub olmalı oyun deyildi. Biz "İnter"dən üstün oynadıq.
-Vüqar Nadirova nə yedizdirmək lazımdır ki, ötürmə də versin?
-30 yaşından sonra heç nə. Tək Vüqar yox, taktika ilə bağlı bütün futbolçuların üzərində çox işləyirik. Amma hələ ki, istədiyimizi ala bilmirik.
-"Səbail" yaxşı futbol oynamağa çalışır. Bəs oyununuzda çatışmayan nədi?
Futbolçuların ustaklıq səviyyəsi zəifdi. Baxımlı futbol sərgiləməyə çalışırıq. Sadəcə nəticə çatışmır. Nəticə vacibdi. Bu günkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdu. Oyundan sontra hamısına təşəkkür etdim.