1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "İşimiz daha ağır olacaq"
"Fürsətdən istifadə edib ilk növbədə "Qarabağ”ı təbrik edirəm. Komanda hər kəsin arzusunu reallaşdırdı. Futbolçu və məşqçi karyeramda "Qarabağ”ın, Qurban Qurbanovun böyük rolu var".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Sumqayıt"ı 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra deyib. Gənc mütəxəssis bildirib ki, çətin qarşılaşmanın olacağı gözlənilən idi: "Çünki "Kəpəz” üzərində qələbədən sonra komandada arxayınlaşma ola bilərdi. Həftə boyu bunun üzərində çalışdıq. İlk hissədə də göründü ki, futbolçularda arxayınlaşma var. Fasilədə oyunçularla söhbətimiz oldu. Fasilədən sonra "Zirə” kimi oynadıq. İkinci 45 dəqiqədə taktiki cəhətdən düzgün çıxış etdik. "Sumqayıt” da yaxşı komandadır. Artıq onların da heyətlərində təcrübəli futbolçular çıxış edir. Ardıcıl üçüncü qələbəmizi qazandıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Bundan sonra işimiz daha ağır olacaq”.
Abbasov "dubl" edən Vüsal İsgəndərli barədə də danışıb: "Vüsalda potensial görmüşük. Keçən ildən komandadadır. Amma onda sanki nəsə çatışmır. Bu səbəbdən, üzərində çox çalışırıq, fərdi söhbətlər aparırıq. Bu matçdan əvvəl də ona demişdim ki, qol vurmalısan. Oyundan öncə Vüsala əsas heyətdə şans vermək barədə xeyli düşündük. Ehtiyatda qalsa da, sonrada meydana çıxıb sözünü dedi. Amma gələcəkdə üzərində daha çox çalışmalıdır".