
"Mançester Siti" klubu digər Premyer Liqa təmsilçisi "Arsenal"ın da istəyi ilə Aleksis Sançesin transferi üçün təkliflərinin sonuna Rahim Sterlinqi də əlavə edib.
Sportnet.az-ın məlumatına görə, Qvardiolanın komandası yeni mövsümün başlanğıcından bəri çilili ulduzu heyətinə cəlb etmək üçün hərəkətə keçsə də "topçular" razı olmurdu. Ancaq Sançesin "Arsenal"la 2018-ci ildə bitəcək müqaviləsini yeniləmək istəməməsi komandanı seçim qarşısında qoyub. "Topçular" artıq onu satıb pul qazanmaq niyyətindədir. "Mançester Siti" onun transferi üçün pulla bərabər həm də futbolçusu Rahim Sterlinqi də London təmsilçisinə təklif edir. Bəzi mənbələrdə hətta Serxio Aqüeronun da təklif edildiyi yazılsa da nə klubun nə də oyunçunu hələ ki ayrılıq niyyəti yoxdur.
Qeyd edək ki, Aleksis Sançes 2014-cü ildən "Arsena"ın şərəfini qoruyur.