2017/2018 mövsümündə Azərbaycan I Divizionunda çıxış etmək üçün Peşəkar Futbol Liqasına (PFL) beş yeni klub müraciət edib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a qurumun Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov bildirib.
O bildirib ki, "Binə”, "Göyçə”, "Vətən” və "Karvan”la yanaşı daha bir klub aşağı dəstədə mübarizə aparmaq niyyətindədir. Bu, paytaxtı təmsil edəcək "Xəzər” komandasıdır: "Hazırda müraciətlərə baxılır. Yekun qərarı sentybarın 6-da AFFA və PFL-in birgə təşkil edəcəyi komissiya verəcək”.
Qeyd edək ki, "Karvan” klubu əvvələr Azərbaycan Premyer Liqasında və I divizionda çıxış edib. Ötən mövsüm yarışda iştirak edən "Şəmkir”, "Rəvan” və "Şərurspor” növbəti çempionatda yer alamayacaqlar.