1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz 10 nəfərlə qalan İsrailə uduzdu - YENİLƏNDİ
Bu gün 21 yaşa qədər futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bir oyun baş tutub.
Sportnet.az-ın məlumatına görə, millimizin yer aldığı 5-ci qrupda 1 qarşılaşma keçirilib. Bu görüşdə yığmamız İsrail milisi ilə münasibətlərə aydınlıq gətirib. Bu millimizin qrup mərhələsindəki ilk görüşü olub. Belə ki, bundan əvvəl 3 oyun keçirilsə də yığmamız mübarizəyə indi qoşulur.
Yaşar Vahabzadənin yetirmələri səfərdə İsrail millisi ilə qarşılaşıb. İsrail millisi meydanda 10 nəfərlə qalmasına baxmayaraq millimizi 3-1 hesabı ilə məğlub edib.
21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
31 avqust
20:30. İsrail 3 – 1 Azərbaycan
Qırmızı vərəqə: Neta Lavi, 24 (İsrail)
Qollar: Moti Barşazki, 12, Elyel Perez, 38, Maksim Plakuşçenko, 57, Elnur Cəfərov, 70
Baş hakim: Katalin Qaman
Baş hakimin köməkçiləri: Mirça Qriqoriu, Marius Nikoara
Dördüncü hakim: Katalin Popa (hamısı Rumıniya)
Akko. Munisipal stadionu