1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın oyunu təxirə salındı, "Kəpəz" Bakıda qaldı
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının IV turunun 2 oyunu ilə bağlı qəraq qəbul edib. Sportnet.az-ın məlumatına görə, qərarlar "Qarabağ" və "Kəpəz" klublarının müraciəti əsasında çıxarılıb.
Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Çelsi" ilə İngiltərədə keçirəcəyi ilk tur matçına daha yaxşı hazırlaşmaq məqsədilə "Səbail”lə matçın başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL oyunu sentyabrın 8-dən dekabrın 8-nə təxirə salıb.
"Kəpəz” isə ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək "İnter”lə ev oyununun səfər qarşılaşması kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan PFL görüşün sentyabrın 9-da "İnter Arena”da təşkilinə qərar verib. IV turda meydan sahibi "İnter”, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi "Kəpəz” təsdiqlənib.