"Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV tur matçına maraq kifayət qədər yüksəkdir. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın keçirildiyi "Kapital Bank Arena"nın 1500 nəfərlik tribunaları tam dolub.
Üstəlik, oyunu səkilərdə və hasarlar arxasından 500-dən çox azarkeş izləyir. Onlar oturmağa yerlər dolduğu üçün matça ayaq üstə baxmaq zorunda qalıblar. Dəfələrlə bu problemin həlli üçün əlavə tribunanın tikilmə məsələsi qaldırılsa da, hələ də bu istiqamətdə addım atılmır.
Qeyd edək ki, ilk yarıdan sonra "Sumqayıt" öndədir - 1:0. Yeganə qolu 25-ci dəqiqədə penaltidən Amil Yunanov vurub.