
"Çox çətindir. Özüm də ikinci hissəyə görə gərginəm. Rahat udulası oyunu bu vəziyyətə gətirdilər. Yenə, səhərə kimi yata bilməyəcəm. Əvəzetmədən girənlər yaxşı təsir bağışlamadı. Bizə bir az vaxt lazımdır. "Neftçi"yə qarşı qeyri-adi hazırlaşmamışdıq. İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.
39 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbaut konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Komandanız ilk hissədə yaxşı təsir bağışlasa da, xeyli sayda qol epizodunu boşa verdiniz. Bu, nə ilə bağlıdır?
- Qol vəziyyətlərini boşa veririk. Bəlkə də hansısa oyunda partlaya bilərik. Matça çox sürətli başldadıq. Amma cızığımızdan çıxdıq. Məşqdə etdiklərimizi təkrarlaya bilsək daha çox qol vura bilərdik.
- Rəşad Eyyubovun əvəzinə meydana daxil olan Kamal Mirzəyev özünü doğrultmadı...
- Bəli, sizinlə tamailə razıyam.
- Eyyubov meydandan çıxan zaman nəyə etiraz edirdi?
- Oyanamaq istəyirdi. Mən isə əvəzlədim. Emosiya, vəssalam.
- Tribunalarda boş yer qalmamışdı deyə, xeyli azarkeş oyunu stadionun kənarında ayaq üstə izləyirdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələ mənə aid deyil deyə, fikirləşdə bilmirəm. Bağışlayın ki, suala cavab vermirəm.