"Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. "Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir".
Sportnet.az-ın "Qarabağ" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri komandanın baş baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunöncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabahkı oyunda əllərindən gələni edəcəklərini bildirib:
"Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, "Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı baş məşqçidir. İnanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaqlar”.
Xatırladaq ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.







































































