"Neftçi” PFK-nın 2 futbolçusu – Rəhman Daşdəmirov və Xəyal Tomarov Azərbaycanın U-19 milli komandasına cəlb olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 18-dən oktyabrın 1-dək Almaniyanın Bad-Vörishofen şəhərində təlim-məşq toplanışı keçəcək yığma komanda gələn ayın 2-dən 11-dək İrlandiyanın paytaxtı Dublində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç oyun keçirəcək.









































































