Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.
Turun açılış oyunu eyni - 6 xala malik "İnter”lə "Sumqayıt” arasında olub. Görüşdə hesabı ilk yarıda meydan sahibləri açsalar da, üstünlüyü qoruya bilməyiblər. Qonaqlar fasilədən sonra bərabərlik qolunu vuraraq yekun nəticəni müəyyənləşdiriblər.
Bu heç-heçədən sonra "İnter" 4-cü, "Sumqayıt" isə 5-ci pillədə qalıb.
Günün digər matçında lider "Zirə" "Neftçi"nin qonağı olub. Tərlan Əhmədovun baş məşqçi kimi debüt etdiyi qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.
Qeyd edək ki, V tura sentyabrın 17-də keçiriləcək "Qarabağ" - "Kəpəz" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
V tur
16 sentyabr (şənbə)
"İnter” – "Sumqayıt” 1:1
Qollar: Sərtan Taşkın, 11 - Rəşad Eyyubov, 49
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "İnter Arena”
"Neftçi” – "Zirə” 1:2
Qollar: Uqo Barqas, 53 - Vüsal İsgəndərli, 17. Riçard Qadze, 52
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakcell Arena