Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ” ilə səfər matçında "Zirə”nin futbolçusu Viktor İqbekoyinin vurduğu qol onun özü üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Azərbaycan karyerasındakı 50-ci qoluna imza atdı. Bu münasibətlə hücumçuya komanda tərəfindən rəmzi olaraq 50 nömrəli forma hədiyyə edilib və tort kəsilib.
Qeyd edək ki, İqbekoyi "Zirə”nin Premyer Liqada ilk qolunun da müəllifidir.








































































