Azərbaycan Milli Antidopinq Agentliyi Premyer Liqa qarşılaşmalarında da dopinq-testlərə başlayıb.
Sportnet.az-ın məlumatına görə, agentlik əməkdaşları "Qarabağ" və "Kəpəz" arasındakı V tur matçından sonra oyunçuları dopinq müayinəsi otağına çağırıblar. Bunlar "Qarabağ"dan Miçel və Qara Qarayev, "Kəpəz"dən isə Samba Dialo və komandanın kapitanı Şəhriyar Rəhimovdur.









































































